Yağıntılı hava ilə əlaqədar BDYPİ sürücülərə çağırış edib
Yağıntı ilə əlaqədar yollarda sürüşmə riski xeyli artıb. Xüsusilə qar yağan və buzlaşma ehtimalı olan yol sahələrində sürüşkənlik daha da güclənir ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir.
“Stabil.az” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına ünvanladığı müraciətdə bildirilib.
Müraciətdə sürücülərə hərəkət zamanı son dərəcə diqqətli və ehtiyatlı olmaları, öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlamaları, müəyyən olunmuş sürət həddinə ciddi əməl etmələri, həmçinin qəfil manevrlərdən çəkinmələri tövsiyə olunub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





