Xocavənddə qarlı hava səbəbindən polis xidmətini gücləndirib
19 Yanvar 2026 17:58   Paylaş

Xocavənd rayonunda qarlı və şaxtalı hava şəraiti səbəbindən polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirir.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, polis əməkdaşları xidmət apardıqları ərazilərdə təhlükəsizlik tədbirlərini artıraraq yollarda nəzarəti təmin edir və sürücülərə zəruri tövsiyələr verirlər. Həmçinin ictimai asayişin qorunması, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması və vətəndaşlara operativ yardım göstərilməsi məqsədilə gün ərzində ərazilərə nəzarət edilir.

Hava şəraitindən asılı olmayaraq, əhalinin təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol