Xocalıya növbəti köç karvanı çatıb
Badara və Seyidbəyli kəndlərinə yola salınan növbəti köç karvanı Xocalı şəhərinə çatıb.
"Stabil.az" “Report”a istinadən xəbər verir ki, 25 ailədən ibarət köç karvanının qarşılanma mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Badara kəndinə 15 ailənin (66 nəfər), Seyidbəyli kəndinə isə 10 ailənin (34 nəfər) daimi qayıdışı təmin olunub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





