Xocalıda ANAMA əməkdaşı minaya düşüb
18 Fevral 2026 11:53   Paylaş

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Vasif Çobanov, xidməti vəzifəsini yerinə yetirərkən Xocalının Muxtar kəndi ərazisində piyada əleyhinə minaya düşüb (Report).

"Stabil.az" Azərbaycan Minatəmizləmə Agentliyinə istinadən xəbər verir ki, hadisə fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində qeydə alınıb.

Bildirilib ki, ANAMA-nın əməkdaşı hadisə nəticəsində sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. V.Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol