Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə prokurorluq əməkdaşları “Ana harayı” abidəsini ziyarət edib
Fevralın 26-da Baş Prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşları Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” Xocalı abidəsini ziyarət ediblər.
"Stabil.az" Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, ziyarət zamanı abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





