Xocalı soyqırımı qurbanlarının xatirəsi Ottavada anılıb
24 Fevral 2026 20:00   25 Feb 2026 00:56 Paylaş

Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Ottava şəhərində tədbir keçirilib.

"Stabil.az" səfirliyə istinadən xəbər verir ki, tədbirdə diaspor və yerli ictimaiyyət nümayəndələri ilə yanaşı, Ottavada təhsil alan tələbələr də iştirak ediblər.

Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra çıxış edən müvəqqəti işlər vəkili Vüsal Süleymanov Xocalı soyqırımı barədə ətraflı məlumat verib. O, Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri adlandırıb.

Tədbir çərçivəsində Azərbaycan icması üzvlərinin çıxışları dinlənilib, faciənin dəhşətlərini əks etdirən fotoşəkillər və film nümayiş olunub.

News about - Xocalı soyqırımı qurbanlarının xatirəsi Ottavada anılıb

News about - Xocalı soyqırımı qurbanlarının xatirəsi Ottavada anılıb



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol