XİN rəhbəri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yollanıb
XİN rəhbəri Ceyhun Bayramov işgüzar səfər çərçivəsində Türkiyənin İstanbul şəhərinə yola düşüb.
"Stabil.az" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində C.Bayramovun Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub.
XİN başçısının həmçinin yüksəksəviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




