XİN: Odessa sahillərində hücuma məruz qalan gəminin 10 azərbaycanlı heyət üzvü təxliyə edilib
16 İyul 2026 09:06   Paylaş

İyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış Atlas Bey mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən ölkəmizə yola salınıb.

"Stabil.az" bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən məlumat verib.

Bildirilib ki, gəmi kapitanının axtarışı istiqamətində səfirliyimiz tərəfindən Ukraynanın aidiyyəti qurumları ilə birgə müvafiq tədbirlər görülür.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol