Xəzər dənizində bir nəfərin batdığı ehtimal olunur, axtarışlar davam edir
14 Aprel 2026 17:05   Paylaş

Fövqəladə Hallar Nazirliyi “112” qaynar telefon xəttinə Xəzər dənizində, Neft Daşları ərazisində bir nəfər balıqçının batması barədə məlumat daxil olub və axtarışlar davam etdirilir.

"Stabil.az" FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Rahim Ramiz oğlu Osmanovun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol