Xerson vilayətinə endirilən raket zərbələri nəticəsində ölən və yaralananlar var
31 Yanvar 2026 11:49   Paylaş

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xerson vilayətinə endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

"Stabil.az" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudinə istinadən məlumat yayıb.

Prokudinin sözlərinə görə, zərbələr yaşayış məntəqələri də daxil olmaqla kritik və sosial infrastruktura endirilib.

"Hücumlar nəticəsində 2 nəfər ölüb, daha 10 nəfər yaralanıb. Çoxmərtəbəli 14 bina və 5 ev zərər görüb. Eyni zamanda, inzibati bina, mağaza, qaz kəməri və şəxsi avtomobillər də zədələnib", - məlumatda bildirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol