Xarici jurnalistlər Ağdamda minatəmizləmə əməliyyatını izləyiblər
Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində xarici media nümayəndələri Ağdam rayonunun Namirli kəndində minatəmizləmə əməliyyatını izləyiblər.
"Stabil.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin “X” sosial media hesabında məlumat verilib.
Bildirilib ki, media nümayəndələrinə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə ətraflı məlumat təqdim olunub. Qonaqlara Azərbaycanın mina problemi və bu problemin aradan qaldırılması istiqamətində görülən işlər haqqında məlumat verilib, həmçinin müsahibələr aparılıb.
Foreign media representatives were briefed on the humanitarian demining operations carried out in Namirli village of Aghdam region, as part of their visit to Karabakh and East Zangezur. The guests were informed about the landmine problem of our country and the activities being… pic.twitter.com/v1adeDxi7i
— ANAMA (@ANAMA_gov_az) January 28, 2026
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





