Xankəndidə ANAMA təhlükəsizlik tədbiri keçirdi
21 Yanvar 2026 16:46   21 Jan 2026 16:47 Paylaş

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xankəndi şəhərinə qayıdan sakinlər üçün partlayıcı sursat riskləri ilə bağlı maarifləndirmə tədbiri keçirib.

“Stabil.az” saytının məlumatına görə, bu barədə ANAMA-nın “X” sosial media hesabında paylaşım edilib.

Tədbir zamanı sakinlərə əsas təhlükəsizlik qaydaları, şübhəli ərazilərin əlamətləri və xəbərdarlıq nişanları barədə məlumat verilib. Onlara həmçinin təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamaq və şübhəli əşyalara toxunmamaq tövsiyə olunub. Əlavə olaraq, müxtəlif maarifləndirici və qabaqlayıcı çap materialları da sakinlərə təqdim edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol