Xankəndi, Xocalı və Ağdərədə 20 Yanvar faciəsi ilə əlaqədar bayraqlar yarıyadək endirilib
20 Yanvar 2026 12:23   Paylaş

Xankəndi şəhərində və Xocalı, Ağdərə rayonlarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bayraqlar yarıyadək endirilib.

"Stabil.az" xəbər verir ki, bu barədə Xankəndi şəhəri və Ağdərə, Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Bundan əlavə, həmin ərazilərdə 20 Yanvar faciəsinin ildönümü münasibətilə anım tədbirləri keçirilib; saat 12:00-da Qara Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol