Xankəndi Qəhvə və Çay Festivalına ev sahibliyi edəcək
26 May 2026 18:24   Paylaş

Mayın 29-30-da Xankəndinin Zəfər meydanında keçiriləcək Qəhvə və Çay Festivalı ilə bağlı hazırlıq işlərinə başlanılıb.

"Stabil.az" Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, festival çərçivəsində qəhvə və çay istehsalı, o cümlədən idxalı ilə məşğul olan şirkətlərin aksesuar və avadanlıqlarının sərgisi də keçiriləcək. Tanınmış sənət adamları, rəqs qrupları ifa və çıxışları ilə festivala rəng qatacaq.

Qeyd edək ki, festivalın əsas məqsədi çay və qəhvə sənayesinin inkişafı üçün keyfiyyətli fürsətlər yaratmaq, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi aparmaqdır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol