Xamenei Şaban ayı və İslam İnqilabının ildönümü ilə əlaqədar məhkumları əfv edib
İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei 2 mindən çox məhkumu əfv edib və ya cəzasını yüngülləşdirib.
"Stabil.az" İran mediasına istinadən xəbər verir ki, Xamenei müxtəlif cinayətlərə görə məhkum edilmiş 2 108 nəfərin əfv olunmasına razılıq verib.
İran məhkəmə hakimiyyətinin rəhbəri Qülamhüseyn Möhseni Ejeyi Xameneiyə yazdığı məktubda Şaban ayı və İslam İnqilabının 47-ci ildönümü münasibətilə məhkumların əfv olunmasını və ya cəzasının yüngülləşdirilməsini xahiş etmişdi.
Qeyd olunur ki, Ejeyi baş vermiş son etiraz aksiyaları ilə əlaqədar həbs edilən şəxslərin əfv siyahısına daxil edilməyəcəyini açıqlayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





