Xamenei: ABŞ-nin Hörmüz boğazında uğursuzluğundan sonra yeni mərhələ başlayır
30 Aprel 2026 16:29   Paylaş

İranın ali rəhbəri Müctəba Xamenei bildirib ki, ABŞ Yaxın Şərqdəki əməliyyatlarında çöküş yaşayıb və bu, bölgədə yeni vəziyyət yaradıb.

"Stabil.az" xəbər verir ki, bu barədə dövlət mediasının da yaydığı Xameneinin bəyanatında bildirilib.

O, həmçinin qeyd edib ki, ABŞ-nin və onun hərbi bazalarının regionda mövcudluğu qeyri-sabitlik amilidir, ABŞ hərbi obyektləri isə öz təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Vurğulanıb ki, Fars körfəzi regionunun gələcəyi kənar müdaxilə olmadan region ölkələrinin inkişafı ilə bağlı olmalıdır.

Bəyanatda bildirilib ki, xarici qüvvələrin regionda yeri yoxdur, baş verən proseslər isə Yaxın Şərqdə və dünyada yeni nizamın formalaşmasının başlanğıcı kimi təqdim olunur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol