Xalq artisti Ramiz Həsənoğlu “Fəxri diplom”la mükafatlandırılıb
14 Aprel 2026 16:42   Paylaş

Teatr, kino və televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin “Fəxri diplomu” ilə təltif edilib.

"Stabil.az" bu barədə Mədəniyyət Nazirliyinə istinadən məlumat yayıb.

Mədəniyyət naziri Adil Kərimli yubilyar rejissora Mədəniyyət Nazirliyinin "Fəxri diplom"unu təqdim edib.

Bildirib ki, Xalq artisti uzunillik səmərəli fəaliyyəti ilə mədəniyyətin inkişafına mühüm töhfələr verib, onun lentə aldığı sənədli filmlər isə Azərbaycan xalqının tarixi-mədəni yaddaşının zənginləşməsinə xidmət edir.

Görüşdə iştirak edən Xalq artistləri - Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılov, aktyorlar İlham Namiq Kamal, Məbud Məhərrəmov, Əməkdar incəsənət xadimləri -Dövlət Film Fondunun direktoru Cəmil Quliyev və kinoşünas Ayaz Salayev Ramiz Həsənoğlunun sənət yolundan söz açıblar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol