WUF13 üçün ayrılan avtobus zolaqlarına daxil olan sürücülər cərimələnəcək
15 May 2026 10:54   Paylaş

Bu gündən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində Bakının bəzi küçə və prospektlərində təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqlarına daxil olan avtomobillərə qarşı cərimə tədbirləri tətbiq olunacaq.

"Stabil.az" Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, həmin yerlərdə bunu bildirən 5.9 - "ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq" xüsusi yol nişanlarının quraşdırılıb və bu gündən bu yol nişanı ilə işarələnən müvəqqəti zolaqlar qüvvəyə minir.

Müvəqqəti xüsusi zolaqlar Heydər Əliyev prospekti - Aeroport şosesi, Abbasqulu ağa Bakıxanov, Yusif Səfərov, Mehdi Abbasov, Mikayıl Əliyev və Mikayıl Müşfiq küçələrini əhatə edir.

Qanunvericiliyə əsasən, bu zolaqlar avtobus zolaqları statusuna malikdir və qüvvədə olma müddətində buraya daxil olan digər nəqliyyat vasitələrinə cərimə tətbiq ediləcək.

Tədbir bitəndən sonra nişanlar yığışdırılacaq və yenidən bütün nəqliyyat vasitələri müvəqqəti yaradılan zolaqlara daxil ola biləcəklər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol