WUF13 ilə bağlı Azərbaycana gələn əcnəbilər 30 günlük qeydiyyatdan azaddır
14 May 2026 13:38   14 May 2026 14:02 Paylaş

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) vizası ilə və ya vizasız qaydada BMT-nin Məskunlaşma Proqramının qeydiyyatından keçərək Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda olduğu yer üzrə qeydiyyatdan keçmək tələbindən azaddırlar.

"Stabil.az" xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Belə ki, bu qayda 30 gün müddətini əhatə edir.

Qeyd edək ki, WUF13 17-22 may tarixində Bakıda keçiriləcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol