Bolqarıstanın “BNR News” Yunanıstan mətbuatı Bakıda keçirilən Dünya Şəhərsalma Forumunda mühüm qlobal çağırışların edildiyini bildirib. Xəbərdə Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyəli ev sahibliyi və regional liderlik rolu vurğulanıb.
Rusiyanın “Moscow-Baku.ru”, “Vesti Kavkaza” nəşrləri Bakıda keçirilən WUF13-ün üçüncü günündə baş tutan müzakirələr və Azərbaycanın beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilməsi mövzusunu işıqlandırıb. Xəbərdə sessiyanın zəngin proqramı və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasının iştirakçıların böyük marağına səbəb olduğu bildirilib.
Belarusun “ONT”, “Bykhov.gov.by”, “Belta” mətbu orqanlarında yer alan xəbərlərdə Azərbaycanın ev sahibliyi etdiyi tədbirin müasir şəhərsalma problemlərinin həlli üçün platforma rolu oynadığı bildirilib. Belarus nümayəndə heyətinin Azərbaycanın bu sahədə təcrübəsinə marağından, eləcə də ölkəmizlə birgə şəhərsalma həlləri sahəsində əməkdaşlıq imkanlarından bəhs edilib.
WUF13 Afrika ölkələrinin mediasında da geniş işıqlandırılıb. Cənubi Afrika Respublikasının “Southern Africa Eye News”, “Central News” mediasında nazir Tembi Simelanenin WUF13 çərçivəsində görüşləri və Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətindən bəhs olunub. Məlumatlarda Bakının bu tədbirdə qlobal idarəçilikdəki çəkisini artırdığı və dayanıqlı şəhərsalma üçün mühüm addımlar atdığı bildirilib. Azərbaycanın qonaqpərvərliyi, tədbirin yüksək texniki təchizatı və ölkəmizin dayanıqlı urbanizasiyaya verdiyi töhfələr xəbərlərdə xüsusi vurğulanıb.
Keniyanın “The Standard”, “Nation Africa”, “Eastleigh Voice” nəşrlərində Prezident Uillyam Rutonun WUF13-də fəal iştirakı və Afrikanın şəhərsalma problemləri ilə bağlı çağırışları əks olunub. Məqalələrdə Bakının ev sahibliyi etdiyi bu tədbirin Afrika ölkələri üçün yeni şəhər idarəçiliyi modellərini öyrənmək baxımından əvəzsiz olduğu qeyd edilib. Azərbaycanın bu Sessiya vasitəsilə qlobal şəhərsalma dialoquna mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Anqolanın “Jornal de Angola”, “Zango.co.ao”, “Gira Noticias”, “O Pais” mətbu orqanları da WUF13 çərçivəsində Anqola pavilyonunun böyük maraqla qarşılandığını və BMT-Habitat ilə əməkdaşlıq imkanlarını işıqlandırıb. Xəbərlərdə Azərbaycanın paytaxtının dünyanın hər yerindən gələn şəhərsalma mütəxəssisləri üçün mükəmməl dialoq mühiti yaratdığı qeyd edilib, tədbirin Anqola üçün yeni təcrübələr qazanmaq baxımından önəmi vurğulanıb.
Liviyanın “Libya Alyoum”, “Al Wasat” və digər nəşrlərində Azərbaycanın ev sahibliyi etdiyi sessiyanın müharibədən zərər çəkmiş ərazilərin bərpası ilə bağlı mühüm dialoq və təcrübə mübadiləsi mərkəzi olduğu vurğulanıb. Eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərdə apardığı yenidənqurma işlərinin Liviya üçün nümunə ola biləcəyi qeyd edilib.
WUF13 Tacikistan “Khovar”, “Tajikistan News”, Suriyanın “SANA”, İordaniyanın “Al-Bayader”, Somalinin “Goobjoog”, Kubanın “Cuba Si” və digər ölkələrin aparıcı nəşrləri tərəfindən də geniş işıqlandırılıb.
Haqqımızda
Əlaqə










