WUF13-də rekord iştirakçı gözlənilir: 180 ölkə, 32 min nümayəndə
WUF13-də 180 ölkədən 32 mindən çox nümayəndənin iştirakı gözlənilir.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı görülən işlərlə bağlı media nümayəndələrinə açıqlamasında deyib.
Onun sözlərinə görə, hər bir ölkə öz şəhərsalma, ekoloji, innovasiya və digər sahələrdə təcrübələrini bölüşəcək.
O bildirib ki, 200-dən çox xarici media nümayəndəsi akkreditasiyadan keçib.
Forumda iştirak edəcək ümumi media nümayəndələrinin sayı isə 1000-dən çoxdur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





