WUF13 çərçivəsindəki “Urban Expo” sərgisində AFFA-nın xüsusi stendi fəaliyyət göstərir
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil edilən “Urban Expo” sərgisində, Azərbaycanda keçiriləcək dünya çempionatına həsr olunmuş Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) xüsusi interaktiv stendi qurulub.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, üzərində “FIFA U-20 World Cup Azerbaijan & Uzbekistan 2027” yazılmış stend beynəlxalq tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanır. Stenddə dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq, idmanın kütləviliyi, sağlam gənclik və inklüzivlik ideyaları ön plana çıxarılıb.
Xüsusi yaşıl örtüklə bəzədilmiş interaktiv zonada quraşdırılan mini qapıya penalti zərbələrinin endirilməsi üçün şərait yaradılıb ki, bu da xarici nümayəndələrin və qonaqların marağına səbəb olub. Forum iştirakçıları stendə yaxınlaşaraq həm futbol sahəsindəki layihələrlə tanış olur, həm də interaktiv idman oyunlarında aktiv iştirak edirlər.
Qeyd edək ki, futbol üzrə U-20 dünya çempionatı gələn il Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





