WP: Vaşinqton və Tehran arasında 60 günlük atəşkəs danışıqları aparılır
25 May 2026 13:26   Paylaş

ABŞ və İran arasında müzakirə olunan ilkin razılaşmalar atəşkəsin 60 gün uzadılmasını və Hörmüz boğazında gəmiçiliyin 30 gün ərzində bərpasını nəzərdə tutur.

"Stabil.az" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

ABŞ administrasiyasındakı mənbənin məlumatına görə, Vaşinqton və Tehran İranda müharibəyə birdəfəlik son qoymaq məqsədilə yekun razılaşmaya nail olmaq üçün 60 günlük atəşkəs müddətinin uzadılmasını nəzərdə tutan anlaşma memorandumunun konturlarını hazırlayıblar.

Lakin nəşr tərəflərin hələ heç bir sənəd imzalamadığını və İran hakimiyyətinin hələ də yekun təsdiqini vermədiyini aydınlaşdırır.

Qəzetin diplomatik mənbəyinin sözlərinə görə, memorandum imzalandıqdan sonra İran Hörmüz boğazını dərhal açacaq və gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qaytarılması üçün addımlar atacaq.

İlkin razılaşmalarda həmçinin İran, ABŞ və onların müttəfiqlərinin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını elan etməsi də nəzərdə tutulur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol