"Wizz Air" sentyabrda Bratislava-Bakı-Bratislava marşrutu üzrə birbaşa reyslərə başlayacaq
Avropanın ən böyük aşağıbüdcəli aviaşirkəti olan "Wizz Air" sentyabrın 29-dan Bakı və Bratislava arasında birbaşa müntəzəm uçuşlar həyata keçirəcək.
"Stabil.az" bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanına istinadən məlumat verib.
Məlumata əsasən, uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
"Yeni istiqamətin açılması Azərbaycan ilə Slovakiya arasında hava əlaqələrinin daha da möhkəmlənməsinə, turizm və işgüzar səfərlər üçün əlavə imkanların yaradılmasına, həmçinin sərnişinlərə Mərkəzi Avropanın perspektivli istiqamətlərindən birinə daha sərfəli və rahat çıxışın təmin edilməsinə xidmət edəcək. Bu marşrut Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq marşrut şəbəkəsinin inkişafı istiqamətində atdığı növbəti mühüm addımdır. Reyslər üzrə aviabiletlər artıq "Wizz Air" aviaşirkətinin rəsmi internet səhifəsində və digər satış kanalları vasitəsilə əldə edilə bilər", - Bakı aeroportundan bildirilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





