“Wired”: ABŞ İrana qarşı əməliyyatlarda “Grok” süni intellektindən istifadə edib
17 İyun 2026 19:36   Paylaş

ABŞ Müdafiə Nazirliyi İrana qarşı zərbələr zamanı İlon Maskın “xAI” şirkətinin hazırladığı “Grok” süni intellekt sistemindən geniş şəkildə yararlanıb.

"Stabil.az" xəbər verir ki, “Wired” jurnalı bu barədə Pentaqonun rəqəmsal texnologiyalar və süni intellekt üzrə baş direktoru Kemeron Stenliyə istinadla məlumat yayıb. Məlumata görə, “Grok” artıq “Maven Smart Systems” proqramı çərçivəsində əməliyyatlara inteqrasiya olunub. Həmin proqram ilkin mərhələdə “Anthropic” şirkətinin “Claude” modeli əsasında fəaliyyət göstərib.

Kemeron Stenli “Grok” sisteminin əməliyyatın səmərəliliyini əhəmiyyətli dərəcədə artırdığını bildirib. Onun sözlərinə görə, sistem 96 saat ərzində minlərlə hədəfə zərbələrin planlaşdırılmasına imkan yaradıb.

Qeyd olunur ki, texnologiya kəşfiyyat məlumatlarının emalı və hərbi əməliyyatların dəstəklənməsi sahələrində geniş istifadə edilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol