Vyetnam Venesuelaya humanitar yardım və xilasedicilər göndərib
29 İyun 2026 15:40   Paylaş

“Vietnam Airlines” Venesuelada baş verən zəlzələlərdən sonra bərpa işlərinə dəstək üçün axtarış-xilasetmə qrupları və humanitar yardım ləvazimatları daşıyan xüsusi reys həyata keçirib.

"Stabil.az" Vyetnamın VNA informasiya agentliyinə istinadla xəbər verir ki, VN66 reysi ilə Venesuelaya 124 nəfərdən ibarət xilasetmə heyəti, 10 axtarış iti, həmçinin təxminən 25 ton yardım və xüsusi avadanlıq göndərilib.

“Airbus A350” təyyarəsi Hanoydan yola düşüb və Parisdə texniki dayanacaqdan sonra Karakas şəhərinə istiqamət alıb. Xüsusi missiya zəlzələdən zərər çəkmiş ərazilərdə xilasetmə və humanitar əməliyyatlara dəstək vermək məqsədi daşıyır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol