Vyetnam ABŞ ilə 30 milyard dollarlıq təyyarə müqaviləsi imzalayacaq
Tramp Vyetnamı qabaqcıl texnologiyalara çıxışı məhdud ölkələr siyahısından çıxarmaq niyyətində olduğunu açıqlayıb.
"Stabil.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə D.Tramp Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lam ilə görüşdə bəyan edib.
Qeyd olunub ki, görüş 30 milyard dollardan çox məbləğdə müqavilələrin elan edilməsindən sonra baş tutub, bu sazişlər çərçivəsində Vyetnam aviaşirkətləri "Boeing" şirkətindən 90 təyyarə alacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





