Vətən müharibəsi qazilərinin reabilitasiyası davam edir
4 Fevral 2026 18:34   Paylaş

Tarixi Zəfərlə yekunlaşan " Vətən müharibəsi "ndən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3800 qaziyə tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.

"Stabil.az" Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, agentliyin reabilitasiya mərkəzlərində onların reabilitasiya potensiallarının reallaşdırılması üçün davamlı olaraq məqsədyönlü işlər aparılıb. Bu məqsədlə peşəkar həkim komandası tərəfindən müasir və effektiv reabilitasiya üsulları tətbiq edilib.

Görülən işlər nəticəsində qazilərdən 265 nəfəri reabilitasiya olunaraq əvvəlki sağlamlığına qovuşub və əlilliklərini geridə qoyublar. Digər qazilərlə də reabilitasiya işəri davam edir.

“Müharibədə əzalarını itirmiş hərbçilərin yüksək texnologiyalı son nəsil protezlərlə, qaçış üçün yüksək texnologiyalı protezlərlə təminatı işləri də aparılıb. Həmin reabilitasiya vasitələri müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sərbəst və aktiv, rahat hərəkətlər etməyinə imkan yaradır”, - deyə məlumatda bildirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol