Vens: Livanın ərazi bütövlüyü və İsrailin təhlükəsizliyi birlikdə təmin oluna bilər
Livanda atəşkəs istiqamətində irəliləyiş var və tərəflərin təhlükəsizlik maraqlarını uzlaşdırmaq mümkündür.
"Stabil.az" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens brifinq zamanı deyib.
O, İsrailin özünümüdafiə haqqını vurğulayaraq, “Hizbullah”ın hədəfə alınmasına bəraət qazandırıb: “Əlbəttə ki, İsrail buna cavab verməlidir. Amma bu hücumlara Livan, İsrail və “Hizbullah” arasında gedən danışıqlar nəzərə alınaraq, cavab verilsə, vəziyyət daha dinc olar. Ötən 24 saat bəlkə də Livanın gördüyü ən dinc durum idi, üç sutka əvvəl orada atışmalar baş verirdi. Beləliklə, tədricən irəliləyiş əldə olunur”.
Vitse-prezident İsrailin Livan ərazisini ələ keçirmək niyyətində olmadığını, sadəcə özünü cənubi Livanda olan “Hizbullah” döyüşçülərindən qorumağa çalışdığını vurğulayıb: “Düşünürəm ki, həm Livanın ərazi bütövlüyünü qoruya, həm də İsrailin təhlükəsizliyini təmin edə bilərik”.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





