Vens: İran razılaşmanı pozarsa, hərbi əməliyyatlar yenidən başlaya bilər
16 İyun 2026 12:44   Paylaş

Vaşinqton Tehran razılaşmaya əməl etməzsə, İrana qarşı zərbələrin bərpa olunacağını və dəniz blokadasının yenidən tətbiq edilə biləcəyini bildirib.

"Stabil.az" xəbər verir ki, bu barədə Vitse-prezident Cey. Di. Vens “Fox News” telekanalına müsahibəsində ABŞ-nin belə addımlar atmasının mümkün olub-olmaması ilə bağlı suala cavab verərkən danışıb.

“Bu, mümkündür və blokadaya qayıdış demək ola bilər. Bu, bir çox variantları ehtiva edə bilər”, – deyə Vens bildirib.

Vitse-prezident qeyd edib ki, ABŞ bu məsələdə atılacaq addımları özü müəyyən edəcək.

“Bütün seçimlər bizim ixtiyarımızdadır. Əgər onlar razılaşmalara əməl etməsələr, hansı tədbirlərin görüləcəyinə biz qərar verəcəyik”, – deyə o vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol