Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarının məhvində yardım edəcək
ABŞ ilə İran arasında əldə olunan razılaşmaya əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) mütəxəssislərinin zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsi məqsədilə İrana geri qayıtması nəzərdə tutulur.
"Stabil.az" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens “NBC News” telekanalına müsahibəsində danışıb.
“Bəli, bu, tamamilə doğrudur. Sazişin əsas müddəalarından biri AEBA və ABŞ-nin İrana yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək etməsidir”, – deyə Vens bildirib.
Vitse-prezident əlavə edib ki, bu məsələ anlaşma memorandumunda “çox aydın şəkildə əks olunub”.
Vensin sözlərinə görə, tərəflər hələ də memorandumun mətnini deyil, onun icrası ilə bağlı bəzi texniki detalları dəqiqləşdirməlidirlər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





