Vens: ABŞ Livanın atəşkəsə daxil edilməsinə dair öhdəlik götürməyib
İrana Livanın atəşkəsə daxil olması ilə bağlı ABŞ tərəfindən heç bir vəd verilməyib.
"Stabil.az" xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Macarıstanın paytaxtı Budapeştdə jurnalistlərə bildirib.
O, bu məsələ ilə əlaqədar iki tərəf arasında anlaşılmazlığın olduğunu iddia edib:”Düşünürəm ki, iranlılar atəşkəsin Livana şamil olunduğunu fikirləşirdilər, amma belə deyil”.
Vitse-prezident atəşkəsin İrana, ABŞ-nin müttəfiqlərinə, İsrailə və Körfəz dövlətlərinə şamil ediləcəyinin bildirildiyini diqqətə çatdırıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





