Venesuelada siyasi məhbuslarla bağlı ümumi amnistiya qanunu hazırlanır
Venesuela hakimiyyəti ölkədə bütün siyasi məhbusları əhatə edəcək ümumi amnistiya elan etməyə hazırlaşır. Venesuelanın prezidenti vəzifəsini icra edən Delsi Rodriges bu məqsədlə ümumi amnistiya haqqında qanunun irəli sürüləcəyini açıqlayıb.
"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, Delsi Rodriges bu barədə Ali Məhkəmədə məhkəmə fəaliyyətinin açılışına həsr olunmuş mərasimdə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, nəzərdə tutulan amnistiya 1999-cu ildən indiyədək olan dövrü əhatə edəcək.
Rodriges məhkəmə islahatı üzrə komissiyaya, eləcə də demokratik birgəyaşayış və sülh proqramına ümumi amnistiya haqqında qanun layihəsini yaxın vaxtlarda Milli Assambleyanın müzakirəsinə təqdim etməyi tapşırıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





