Venesuelada əfv qərarı ilə 395 nəfər azadlığa çıxıb
Bu ilin fevralında qəbul edilən əfv qanunundan sonra Venesuelada 395 məhbus sərbəst buraxılıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez “Venezolana de Televisión” telekanalına açıqlamasında bildirib.
“Hazırda 395 nəfər azad edilib və yaxın saatlarda bu rəqəmin 500-ü keçəcəyini gözləyirik”, — deyə Rodrigez qeyd edib.
Onun sözlərinə görə, əfv qanununun tətbiqi nəticəsində ümumilikdə 8426 vətəndaşa tam hüquqi azadlıq verilib, onlara qarşı irəli sürülmüş ittihamlar və hüquqi məhdudiyyətlər ləğv olunub.
Əlavə edib ki, qanun qüvvəyə minənədək də 885 nəfər cinayət məsuliyyətindən azad edilmişdi.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





