Venesuela strateji əhəmiyyətli xammal hasilatını artırır
20 Yanvar 2026 10:20   20 Jan 2026 11:30 Paylaş

Venesuela sənayenin inkişafını sürətləndirmək və ölkənin iqtisadi sabitliyini təmin etmək məqsədilə strateji materialların hasilatını genişləndirir.

"Stabil.az" xəbər verir ki, bunu ölkə başçısı vəzifəsini icra edən Delsi Rodrigez deyib. 

O bildirib ki, qızıl, dəmir filizi, boksit və Venesuelanın sənaye inkişafı üçün zəruri hesab olunan digər strateji materialların hasilatının genişləndirilməsi ilə bağlı işlərə ötən il Prezident Nikolas Maduronun təşəbbüsü ilə başlanılıb.

Rodrigezin sözlərinə görə, ölkə iqtisadi sabitliyin bərpası və qorunması üçün xarici valyuta əldə etmək potensialına malikdir.

O, həmçinin qeyd edib ki, əvvəllər təbii sərvətlər əsasən oliqarxların maraqlarına xidmət edirdisə, hazırda bu resurslar Venesuela xalqının rifahına və ölkənin siyasi sabitliyinə yönəldilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol