Venesuela Azərbaycana göstərdiyi dəstək və başsağlığına görə təşəkkür edib
Venesuela dağıdıcı zəlzələlərdən sonra nümayiş etdirdiyi həmrəylik və başsağlığı mesajlarına görə Azərbaycana təşəkkürünü çatdırıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Bolivar Respublikasının xarici işlər naziri İvan Xil Pinto "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Venesuela hökuməti xalqımıza ünvanlanmış həmrəylik və başsağlığı mesajına görə Azərbaycan Respublikasına səmimi minnətdarlığını bildirir", - nazir qeyd edib.
Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib. Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib. Son məlumatlara görə, zəlzələ nəticəsində ölənlərin sayı 164-ə, yaralıların sayı isə 971 nəfərə çatıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





