Vaşinqtonda hava şəraiti ilə əlaqədar uçuşlar ləğv edilib
26 Yanvar 2026 09:55   Paylaş

Əlverişsiz hava şəraiti səbəbindən Ronald Reyqan adına Vaşinqton Beynəlxalq Hava Limanında bütün uçuşlar ləğv edilib və hava limanı fəaliyyətini müvəqqəti dayandırıb.

"Stabil.az" xəbər verir ki, hazırda terminallar demək olar ki, tamamilə boşdur. Aviaşirkətlərin nümayəndələri vəziyyətin nə vaxt normallaşacağı ilə bağlı dəqiq vaxt açıqlamayıblar. Bildirilib ki, uçuşların yalnız bazar ertəsi günü qismən bərpa olunması mümkündür.

Qeyd edilib ki, ABŞ-ın şimal-şərq və cənub bölgələrində baş verən güclü qar fırtınası nəticəsində 1 milyon ev elektrik enerjisiz qalıb. Sərt şaxta səbəbindən 7 nəfərin həyatını itirdiyi bildirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol