Vaşinqton Venesuelaya neft-qaz kəşfiyyatı ilə bağlı texnologiya tədarükünə müvəqqəti icazə verib
11 Fevral 2026 09:11   Paylaş

ABŞ-nin Maliyyə Nazirliyi Venesuelaya neft və qaz istehsalı üçün mal və texnologiya tədarükünü əhatə edən əməliyyatların Amerika sanksiyalarından müvəqqəti azad olunmasına dair lisenziya dərc edib.

“Stabil.az” xəbər verir ki, sənəd nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən yayımlanıb.

Lisenziya Venesuelada neft və qazın kəşfiyyatı, işlənməsi və istehsalı üçün mal, texnologiya, proqram təminatı və xidmətlərin tədarükünü nəzərdə tutur.

Bununla yanaşı, Maliyyə Nazirliyi Venesuela limanları və hava limanlarının fəaliyyətini dəstəkləyən əməliyyatları da müvəqqəti olaraq sanksiyalardan azad edən digər lisenziyanı dərc edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol