Vaşinqton: İranla danışıqlar prosesi dayandırılmayacaq
ABŞ və İran arasında sülh nizamlanması üzrə aparılan danışıqların davam edəcəyi Ağ Ev tərəfindən açıqlanıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Ağ Evin yüksəkvəzifəli nümayəndəsi "Fox News Digital"ə müsahibəsində bildirib.
"Danışıqlar davam edir", - o deyib.
Onun sözlərinə görə, ABŞ "Apache" helikopterinə edilən hücuma artıq cavab verib.
"ABŞ "Apache" helikopterinə edilən hücuma cavab verib və razılaşma əldə etmək üçün maksimum təzyiq göstərməyə davam edəcək", - administrasiya nümayəndəsi qeyd edib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranın elektrik stansiyaları və körpülərinə yeni zərbələr endirilməsi barədə əmr verə biləcəyini bildirmişdi.
Xatırladaq ki, iyunun 9-da ABŞ-nin "AH-64 Apache" zərbə helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





