Vaşinqton danışıqları nəticə verdi: İsrail və Livan atəşkəsə razılaşdı
4 İyun 2026 09:15   Paylaş

ABŞ Dövlət Departamentinin məlumatına görə, İsrail və Livan nümayəndə heyətləri ABŞ-də keçirilən danışıqların nəticəsi olaraq atəşkəs rejiminin şərtlərinə əməl olunması barədə razılığa gəlib.

"Stabil.az" xəbər verir ki, bu barədə hər iki tərəfin ABŞ Dövlət Departamentinin mətbuat xidməti tərəfindən dərc edilmiş birgə bəyanatında deyilir.

Bəyanatın mətninə əsasən, İsrail və Livan nümayəndə heyətləri iyunun 2-3-də Vaşinqtonda danışıqlar aparıblar.

"ABŞ-nin vasitəçiliyi ilə danışıqlar prosesinin yekunlarına əsasən, İsrail və Livan atəşkəs rejiminin həyata keçirilməsi barədə razılıq əldə edib", - sənəddə vurğulanır.

Sənədə əsasən, əldə olunmuş razılaşmalar Livanın radikal "Hizbullah" hərəkatı tərəfindən atəşin tam dayandırılmasını, eləcə də "Hizbullah"ın bütün silahlı birləşmələrinin Litani çayından cənubdakı zonadan çıxarılmasını nəzərdə tutur.

Bundan başqa, Beyrut bütün ölkə ərazisi üzərində effektiv nəzarəti bərqərar etmək üçün Vaşinqtonun dəstəyi ilə Livan Silahlı Qüvvələrinin potensialını artırmağı öhdəsinə götürüb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol