Usman Dembele PSJ ilə yeni müqavilə imzalayacaq
Fransanın PSJ komandasının aparıcı futbolçusu Usman Dembele klubla yeni müqavilə imzalamağa hazırlaşır.
"Stabil.az" xarici mətbuata istinadən xəbər verir ki, hücumçunun yeni müqaviləsi 2030-cu ilin iyun ayınadək qüvvədə olacaq. 29 yaşlı futbolçuya bu yay Səudiyyə Ərəbistanı klublarından təkliflərin olduğu bildirilirdi.
Fransalı oyunçu ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 53 matçda 35 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




