UN-Habitat-ın icraçı direktoru: Bakı Forumu düşüncə adamları üçün açıq platformaya çevrilib
12 Mart 2026 12:07   12 Mar 2026 13:01 Paylaş

Qlobal Bakı Forumu illər ərzində liderlərin və düşüncə adamlarının multilateralizm və qlobal vəziyyət barədə sərbəst danışa bildiyi tanınmış platformaya çevrilib və bu rol hazırda heç vaxt indiki qədər vacib olmayıb, çünki biz intensiv geosiyasi gərginlik və üst-üstə düşən böhranlar dövründə görüşürük.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumunun açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rosbax deyib.

O bildirib ki, hazırkı Qlobal Bakı Forumu beynəlxalq səviyyədə diqqət mərkəzindədir. Azərbaycan COP29-a ev sahibliyi edərək dünyanı iqlim ambisiyalarını və iqlim maliyyələşməsini irəli aparmaq məqsədilə Bakıda bir araya gətirmişdi. Prezidentin də qeyd etdiyi kimi, bir neçə həftədən sonra Bakı 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək. Bu Forum davamlı şəhər inkişafı üzrə əsas qlobal platformamızdır.

Anaklaudia Rosbax qeyd edib ki, Bakı həm COP, həm də Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edən şəhərlər sırasına qoşulur. Bu isə iqlim dəyişikliklərinə necə cavab verdiyimizi və şəhər gələcəyimizi necə formalaşdırdığımızı müəyyənləşdirməyə kömək edir.

Azərbaycan Hökumətinin 2026-cı ili ölkədə “Şəhərsalma və Memarlıq İli” elan etməsi qərarını da yüksək qiymətləndirən İcraçı direktor deyib: “Bu, qloballaşmanın bəzən sual altına alındığı bir dövrdə Azərbaycanın şəhərlərinin və icmalarının keyfiyyətinə, eləcə də onları layihələndirən və idarə edən mütəxəssislərə sərmayə qoyduğunu göstərən güclü mesajdır”.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol