Ukraynanın uzaqmənzilli raketləri Rusiyanın strateji poliqonunu vurub
Ukrayna ordusu yanvar ayında uzaqmənzilli “Flaminqo” raketləri ilə Rusiyanın “Oreşnik” raketlərinin buraxıldığı “Kapustin Yar” təlim poliqonuna zərbə endirib.
"Stabil.az" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin yanvarında Ukrayna ordusu Həştərxan vilayətində yerləşən “Kapustin Yar” təlim poliqonunda orta mənzilli ballistik raketlərin buraxılışa hazırlığı üçün istifadə olunan anqar tipli bina kompleksini hədəfə alıb. Zərbə nəticəsində poliqonun infrastrukturuna ziyan dəyib.
Baş Qərargahın açıqlamasında qeyd olunub ki, poliqon ərazisində bir neçə binaya müxtəlif dərəcədə zərər dəyib, anqarlardan biri ciddi şəkildə zədələnib və ərazidən bir qrup şəxsi heyət təxliyə edilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





