Ukraynanın şimal və cənub vilayətlərinə Rusiya hücumları davam edir
17 Fevral 2026 13:51   Paylaş

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov, Sumı və Odessa vilayətlərinə növbəti hücumlar həyata keçirib. Hadisələr nəticəsində 1 nəfər həlak olub, 11-dən çox insan yaralanıb.

"Stabil.az" bu barədə Ukrayna KİV-ə istinadən xəbər verir.

Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildrib ki, Rusiyanın dron hücumu nəticəsində bir dinc sakini həlak olub, daha altı nəfər xəsarət alıb.

Onun sözlərinə görə, Rusiya qoşunları vilayətin 15 yaşayış məntəqəsini 20-dən çox dəfə atəşə tutub.

Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak qeyd edib ki, Rusiyanın hücumu nəticəsində üç dinc sakin - iki kişi və bir qadın yaralanıb.

Ötən gecə Odessada altı dəfə hava həyəcanı siqnalı verilib və hələ də davam edir. Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, Rusiya Silahlı Qüvvələri son sutka ərzində üç yaşayış məntəqəsinə zərbələr endirib. "Qusinka kəndinin atəşə tutulması nəticəsində 51 və 52 yaşlı iki kişi xəsarət alıb", - o, teleqram kanalında yazıb.

Administrasiya rəhbərinin sözlərinə görə, Xarkova zərbələr nəticəsində 3 fərdi ev və avtomobil zədələnib, Lozova şəhərində isə enerji şəbəkələri sıradan çıxıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol