Ukraynanın Poltava vilayəti Rusiya zərbələrinə məruz qalıb: 2 ölü, 11 yaralı
24 Mart 2026 15:36   Paylaş

Ukraynanın Poltava vilayətində Rusiyanın endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

"Stabil.az"ın məlumatına görə, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Vitaliy Dyakovniç öz teleqram kanalında bildrib.

"Təəssüf ki, hücum nəticəsində 2 nəfər həlak olub, yaralananların sayı 11-ə çatıb", - o qeyd edib.

Zərbələr nəticəsində yaşayış binaları, həmçinin mehmanxana binası zərər çəkib. Hadisə yerlərində xilasetmə, tibb işçiləri və digər müvafiq xidmətlərin əməkdaşları çalışır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol