Ukrayna Yeni Zelandiyadan əlavə 3 milyon dollarlıq humanitar dəstək alacaq
30 İyun 2026 12:57   30 Jun 2026 13:13 Paylaş

Yeni Zelandiya Ukraynaya humanitar yardım çərçivəsində əlavə 3 milyon dollar vəsait ayıracağını açıqlayıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində yazıb.

"Ukraynanın humanitar ehtiyacları üçün əlavə 3 milyon dollar məbləğində vəsaitin ayrılacağını elan etdiklərinə görə Yeni Zelandiyaya və həmkarım Uinston Pitersə minnətdaram. Rusiya dinc sakinlərə və kritik infrastruktur obyektlərinə amansız hücumlarını davam etdirdiyi bir vaxtda, biz xalqımızın dözümlülüyünə verilən bu töhfəni yüksək qiymətləndiririk. Ukrayna və Ukrayna xalqı ilə prinsipial həmrəyliyinə görə Yeni Zelandiyaya dərindən minnətdarıq", - Sibiqa yazıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol