Ukrayna və Rusiya arasında 314 hərbi əsir mübadiləsi razılaşdırılıb
Bu gün ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri 314 hərbi əsirin mübadiləsi ilə bağlı razılığa gəlib.
"Stabil.az" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “X” sosial şəbəkəsində bildirib.
Uitkoff qeyd edib ki, nəticə ətraflı və məhsuldar sülh danışıqları nəticəsində əldə olunub. “Bu cür mühüm addımlar göstərir ki, davamlı diplomatik fəaliyyət real nəticələr verir və Ukraynadakı müharibənin sonlanmasına doğru irəliləyir”, – o bildirib.
ABŞ nümayəndəsi həmçinin danışıqların davam etdiriləcəyini və yaxın həftələrdə əlavə irəliləyişlərin gözlənildiyini vurğulayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





