Ukrayna və Kanada dronların birgə istehsalına dair razılıq əldə edib
Kiyev və Ottava Kanada ərazisində Ukrayna ordusu üçün pilotsuz uçuş aparatlarının birgə istehsalına başlanılması barədə razılığa gəlib.
"Stabil.az"ın "RBK-Ukraina"ya istinadən xəbərinə görə, müvafiq sənədi iki ölkənin Müdafiə nazirliklərinin nümayəndələri imzalayıblar.
Razılaşma çərçivəsində Kanadada yeni müəssisə yaradılacaq, istehsal olunan dronlar isə Ukrayna Silahlı Qüvvələrinə göndəriləcək.
"Ukraynanın "Airlogix" müdafiə texnologiyaları şirkəti ilə Kanadanın pilotsuz sistemlər istehsalçısı "Sentinel Research and Development" arasında "Airlogix-Sentinel" adlı yeni birgə müəssisə yaradılır", - məlumatda deyilir.
Layihə Ukrayna və Kanada hökumətlərinin dəstəyi ilə həyata keçiriləcək ki, bu da Ukrayna hərbçilərinə kəşfiyyat və əməliyyat planlaması vasitələrinin tədarükünü sürətləndirməyə imkan verəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





