Ukrayna səfirliyi Azərbaycan xalqına başsağlığı verib
Azadlıq uğrunda canlarından keçən qəhrəmanların xatirəsi Ukrayna və Azərbaycan xalqlarını birləşdirir.
"Stabil.az" xəbər verir ki, bu fikirlər Ukraynanın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşılan başsağlığı mesajında yer alıb.
Paylaşımda bildirilib ki, Ukrayna Azərbaycan xalqı ilə həmrəydir və günahsız qurbanların əziz xatirəsi dərin ehtiramla yad olunur.
Qeyd olunub ki, azadlıq uğrunda həyatlarını fəda edən qəhrəmanların xatirəsi iki ölkəni birləşdirməklə yanaşı, xalqlar arasında qarşılıqlı dostluğun möhkəmlənməsinə xidmət edir. Vurğulanıb ki, bu dostluq suverenlik, ərazi bütövlüyü, müstəqillik və insan ləyaqətinin qorunması kimi ümumi dəyərlər üzərində qurulub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





