Ukrayna səfiri Macarıstan Xarici İşlər Nazirliyinə çağırıldı
27 Yanvar 2026 18:12   Paylaş

Ukraynanın Macarıstandakı səfiri Macarıstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto “X” sosial media platformasında açıqlama verib.

Nazirin sözlərinə görə, səfir XİN-ə Macarıstandakı seçkilərə edilən müdaxilələrə dözümlülüyün olmayacağı ilə bağlı çağırılıb. Siyarto bildirib ki, Ukraynanın seçkilərin nəticələrinə təsir göstərmək və Tisza Partiyasının xeyrinə müdaxilə cəhdləri baş verib. O, son həftələr ərzində Ukrayna Prezidenti və hökumətinin açıq-aşkar və aqressiv şəkildə müdaxilə kampaniyasına başladığını vurğulayıb.

“Macarıstanda seçki prosesinə yalnız ölkənin vətəndaşları təsir göstərə bilər. Bu qərar Macarıstanda verilir, Brüsseldə və Kiyevdə yox. Biz suverenliyimizi qoruyacağıq”, – Siyarto qeyd edib.

Qeyd edək ki, Tisza Partiyası Macarıstan hökumətinə müxalif mövqedədir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol